Xalq artisti Əlibaba Məmmədov - - Onun mahnıları hər zaman aktualdır

Xalq artisti Əlibaba Məmmədov - Onun mahnıları hər zaman aktualdır

Beynəlxalq Muğam Mərkəzindən birbaşa yayımlanan Mədəniyyyət Nazirliyi və Mədəniyyət kanalının "Bizi birləşdirən mədəniyyət" layihəsinin növbəti buraxılışının qonaqları Xalq artisti Mənsum İbrahimov, Əməkdar artistlər Elçjn Həşimov və Elnur Əhmədov olub. Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının da iştirak etdiyi efirdə Əlibaba Məmmədovun yaradıcılığı və muğam sənətinə töhfələrindən söz açılıb . Verilişdə bildirilib ki, Ə.Məmmədov 100-dən çox mahnı və təsniflər yaradıb, muğamla müasir mahnılar arasında bir vəhdət qurub və bu mahnılar xalq tərəfindən sevilir.

Mənsum İbrahimov bildirib ki, Əlibaba Məmmədov muğam sənətimizin ağsaqqalı, muğam ifaçılarının hər zaman ehtyacı olduğu insandır. Onun mahnıları hər zaman aktualdır. OnunbBütün muğam ladlarında mahnıları var. Vurğulayıb ki, fevral ayında BMM-də sənətkarın 90 illiyi “Gəncləşən muğam “layihəsi çərçivəsində qeyd edilib. Əlibaba müəllim hər gün muğam ifaçılarının yanındadır . Ona görə ki, hər gün onun mahnı və təsnifləri istər dərs otaqlarında istərsə də repertuarlrda yer alır.

Səadət Təhmirazqızı Əlibaba Məmmədov haqqında yazdığı “Bizim ustad” kitabının ərsəyə gəlməsindən söz açıb. Vurğulayıb ki, müəllimi Seyid Şuşinskidən öyrəndikləri təkmilləşdirərək illərlə gənc nəslə ötürüb. Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı kimi Əlibaba Məmmədov milli musiqi xəzinəsini daha da zənginləşdirmiş böyük sənətkardır. Özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti Əlibaba Məmmədova xalqın sevgisini qazandırmışdır. Əlibaba Məmmədovun yaradıcılıq yolu gənc xanəndələr nəsli üçün bir sənət məktəbidir. Xalq artisti, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli xanəndənin pedaqoji fəaliyyətindən Əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov danışaraq Əlibaba müəllimin vaxtilə rəhbəri olduğu “Humayun” ansamblında çalışdıqlarını vurğulayıblar.

Canlı efirdə Əlibaba Məmmədovun yazdığı “Yaşa ürəyim”, “Min yaşasın” və digər mahnıları ifa edilib.

Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişləri həftənin üç günü canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımlar, eyni zamanda, BMM -nin “Facebook” səhifəsindən də təqdim edilir. Konsertlərin anonsları əvvəlcədən BMM-nin sosial şəbəkələrində izləyicilərə təqdim olunur. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !