Şəhriyar Məmmədyarov dünya çempionuyla qarşılaşacaq - (AZpress.AZ- Intiqam Memmedov)

Şəhriyar Məmmədyarov dünya çempionuyla qarşılaşacaq (AZpress.AZ- Intiqam Memmedov)

Mayın 14-dən 17-dək Uilyam Steynitsin xatirəsinə şahmat üzrə onlayn blits turnir keçiriləcək.İki dövrədən ibarət olacaq bu turnirdə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov da daxil olmaqla planetin ən yaxşı 10 şahmatçısı mübarizə aparacaq. Chess-Pro portalının yaydığı məlumata görə həmyerlimiz bəlli turnirdə hazırki dünya çempionu Maqnus Karlsenlə də qarşılaşacaq. Digər iştirakçılara gəlincə, bu onluqda Bu Syanci (Çin), Le Kuant Lyem (Vyetnam), Ğeffri Şonq (ABŞ), Anton Korobov (Ukrayna), ispaniyalı Dabid Anton və rusiyalı Aleksandr Qrişuk, Petr Svidler və Danil Dubov triosu yer alıb.

İntiqam Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !