HEÇ KİM VƏ HEÇ NƏ UNUDULMUR - (-VIDEO)

“HEÇ KİM VƏ HEÇ NƏ UNUDULMUR” (-VIDEO)

“HEÇ KİM VƏ HEÇ NƏ UNUDULMUR”
Yeni layihə
9 May faşizm üzərində qələbənin 75 illiyi münasibətilə ideya müəllifi, Əməkdar artist Ramil Qasımova məxsus olan “Heç kim və heç nə unudulmur” adlı yeni layihə təqdim olundu.
Mahnının musiqisi Pikə Axundovaya, sözləri Şahin Musaoğluna aiddir.
Qeyd edək ki, yeni layihədə müxtəlif ölkələrin tanınmış opera ifaçıları – Ramil Qasımov (Azərbaycan), Firuza Yusupova (Özbəkistan), Elnura Samarbekova (Qırğızıstan), Zarina Altimbayeva (Qazaxıstan), Boqdan Pançenko (Ukrayna), Vladimir Qromov (Belarus), Maksim Perebeynov (Rusya) iştirak ediblər.
Dirijor Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyevdir.
Yeni layihə tamaşaçılar tərəfindən böyük rəğbətlə qaşılanıb.

https://youtu.be/oTlzAVkWDb4 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !