Elşən İsmayıldan iki dildə yeni çoxseriyalı sənədli film - (-VIDEO=2+FOTO=2)

Elşən İsmayıldan iki dildə yeni çoxseriyalı sənədli film (-VIDEO=2+FOTO=2)

Aldığımız məlumata görə, gənc rejissor bir müddətdir ki, Elşən İsmayıl artıq çoxseriyalı sənədli filmin hazırlıqlarına başlayıb. Filmdə qədim minilliklərdən müasir dövrə qədər böyük tarixi araşdırmalar yer almışdır. Ssenarisini Bəxtiyar Tuncayın yazdığı “TARİXİN QƏDİM KÖKLƏRİ” adlı film daha geniş auditoriya üçün nəzərdə tutularaq, iki dildə - Azərbaycan və Türkiyə Türkcəsində izləyicilərə təqdim olunacaq. Mətni istedadlı qiraətçi, sənətsevər Lalə Quliyeva oxuyacaq. Filmin hazırlıq prosesi və ərsəyə gəlməsində əsas məsuliyyət isə Elşən İsmayılın rəhbərlik etdiyi “Qam Company” – yə aiddir. Artıq filmin ilk tanıtımı izləyicilərə təqdim olunub. Bu layihənin digərlərindən fərqli xüsusiyyəti isə ondadır ki, film eyni zamanda iki dildə - Azərbaycan və Türkiyə türkcəsində yayımlanacaq. Türkiyə Türkcəsində səsləndirən araşdırmaçı, yazar və qiraətçi Ebru Cengiz Ergendir.

Filmin tanıtım videoları:
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !