KARATE - Liderlərimiz liderlər sırasında - (+FOTO=2 AZpress.AZ- Intiqam Memmedov)

KARATE - Liderlərimiz liderlər sırasında (+FOTO=2 AZpress.AZ- Intiqam Memmedov)

Dünya Karate Federasiyası (WKF) yarısların getmədiyi bir zamanda karateçilərin reytinq cədvəlini elan edib. Müxtəlif çəki dərəcələrində Azərbaycan yığmasının 13 üzvü Top-10-da yer alıb. Dayanq ustalarımız arasında ən yaxşı göstərici isə qadın yığmamızın lideri İrina Zaretska (68 kq), yeniyetmələrdən Hüseyn Məmmədli (61 kq) və dünya karatesinin canlı əfsanəsi olan Rafael Ağayevə (75 kq) məxsusdur. İrina və Hüseyn öz çəkisində birinci, beşqat dünya çempionu Rafael isə 3-cü pillədə yer alıb. Bu arada Rafael Ağayev və onunla eyni çəkidə mübarizə aparan italiyalı Luici Busa onlayn məşq keçib. Bu məşq prosesini 45 min tamaşaçı izləyib. İtaliyada dərc edilən "La Gazzetta Dello Sport" bu iki karateçini futbolda Messi - Ronaldo tandemi ilə müqayisə edib. Qəzetin yazdığına görə futbolda Messi ilə Ronalda diqqət mərkəzində olduğu kimi, karatedə də bu cütluk üzdədər. Qəzet Rafaelin öz vətənində otelləerdən birində, Luicininsə "podvalda" məşq etdiyini də nəzərdən qaçırmayıb.

İntiqam Məmmədov

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !