Xalq artisti Əlibaba Məmmədova həsr olunmuş konsert başa catdıı - (+FOTO=5)

Xalq artisti Əlibaba Məmmədova həsr olunmuş konsert başa catdıı (+FOTO=5)

Beynəlxalq Muğam Mərkəzindən Xalq artisti Əlibaba Məmmədova həsr olunmuş konsertlər davam edir


Beynəlxalq Muğam Mərkəzindən birbaşa yayımlanan "Bizi birləşdirən mədəniyyət" layihəsinin növbəti buraxılışı Ustad xanəndə, Xalq artisti Əlibaba Məmmədov yaradıcılığına həsr olundu. Verilişdə bildirildi ki, Ə.Məmmədov 100-dən çox mahnı və təsniflər yaradıb, muğamla müasir mahnılar arasında bir vəhdət qurub və bu mahnılar xalq tərəfindən sevilir.

Mədəniyyyət Nazirliyi və Mədəniyyət kanalının "Bizi birləşdirən mədəniyyət" layihəsinin qonaqları BMM-nin solistləri Babək Quliyev ( Şuşalı) , Elnur Zeynalov , Səbinə Ərəbli , balaban ifaçısı Rəfael Əsgərov xanəndənin repertuarından seçmələr həmçinin müəllifi olduğu təsnifləri səsləndirdilər.

Ustad xanəndənin tələbəsi Babək Şuşalı Əlibaba müəllimin pedaqoq kimi xüsusiyyətlərindən söz açdı. Bildirdi ki, onun gənc xanəndələr nəslinin yetişməsində böyük əməyi var. Gənc xanəndə Muğam Televiziya Müsabiqəsində iştirakı zamanı Əlibaba Məmmədovun tövsiyyələrindən bəhrələndiyini vurğuladı.

Balaban ifaçısı Rəfael Əsgərov müasir günümüzdə balaban sənətinin inkişafı və görkəmli ifaçıları haqqında fikirlərini bölüşdü. Xanəndələr Elnur Zeynalov , Səbinə Ərəbli Əlibaba Məmmədovun bəstələdiyi təsnifləri özünəməxsus ifalarla təqdim etdilər. Xanəndələri tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov, nağarada Amil Mustafayev müşayiət edib.

Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişləri həftənin üç günü canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımlar, eyni zamanda, BMM -nin “Facebook” səhifəsindən də təqdim edilir. Konsertlərin anonsları əvvəlcədən BMM-nin sosial şəbəkələrində izləyicilərə təqdim olunur. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !