Heydər Əliyev dühası və intibah dövrünün davamlı inkişafı elmi konfransı keçirilib - (+FOTO=5)

“Heydər Əliyev dühası və intibah dövrünün davamlı inkişafı” elmi konfransı keçirilib (+FOTO=5)

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının
97-ci ildönümünə həsr olunmuş
“Heydər Əliyev dühası və intibah dövrünün davamlı inkişafı”
mövzusunda virtual Respublikaelmi konfransı keçirilib

 

“Microsoft Teams” platforması üzərindən təşkil olunan,100-dən artıq iştirakçının qatıldığı elmi konfransda millət vəkilləri, BDU-nun professor-müəllim heyəti, tələbə və doktorantlar və dəvətli qonaqlar iştirak edib.

 

2020-ci il mayın 7-də Bakı Dövlət Universitetində (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev dühası və intibah dövrünün davamlı inkişafı” mövzusunda Respublika elmi konfransı keçirilib.
Konfransı giriş sözü ilə açanUniversitetin rektoru Elçin Babayev qonaqları salamlayaraqUlu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb.Rektor xalqımızın milli-mənəvi dəyərlərinin qarantı olan, bütün dövrlərdə onların qorunmasına çalışan görkəmli dövlət xadiminin mədəniyyətimizin, elmimizin və təhsilimizin hərtərəfli inkişafı üçün gördüyü işlərin konkret nəticələr verdiyini vurğulayıb.
Daha sonraAzərbaycan Milli Elmlər Akademiyası (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Musa Qasımlı “Heydər Əliyev: Azərbaycan Respublikasının xarici siyasəti”, BDU-nun Türk filologiyası kafedrasının professoru, millət vəkili Jalə Əliyeva “Heydər Əliyev və milli-mənəvi dəyərlər”, BDU-nun Genetika kafedrasının müdiri, professor, millət vəkili Kamilə Əliyeva “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafı”, BDU-nun Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri,professor, millət vəkili Anar İsgəndərov “Türk-müsəlman dünyasının böyük lideri Heydər Əliyev”, millət vəkili Cavid Osmanov “Heydər Əliyev və Azərbaycan Parlamenti”, YAP Gənclər Birliyinin sədri Seymur Orucov “Heydər Əliyev: Azərbaycanda dövlət gənclər siyasəti”,BDU-nun Tarix fakültəsinin professorları İbrahım Zeynalov “Heydər Əliyev: Azərbaycanın sosial-iqtisadı inkişafı arxiv materialları əsasında”, İradə Hüseynova “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, Qabil Əliyev “Heydər Əliyev və Azərbaycanın dünya birliyinə inteqrasiyası”, Nuru Məmmədov “Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində Heydər Əliyevin xidmətləri”, BDU-nun Tarix fakültəsinin doktorantı Anar Həmidov “Heydər Əliyev siyasətində milli kadr potensialının formalaşması (XX əsrin 70-80-ci illəri)” mövzularında ətraflı çıxış etmişlər.
Məruzələrdə xalqımızın tarixinə böyük xilaskar kimi həkk olunandahi şəxsiyyətHeydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə Azərbaycan naminə uzaqgörənliklə atdığı addımlardan, ölkəyə qoyulan güclü sosial, mədəni, iqtisadi və intellektual sərmayələrdən, Azərbaycan dövlətinin müstəqilliyi və inkişafı yolunda misilsiz xidmətlərindən geniş bəhs olunmuşdur. Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələridən söz açılmışdır. Qeyd olunmuşdur ki, bütün varlığı ilə Vətənə və xalqına bağlı olan dövlət xadimi Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş dövlətlər sırasında öz layiqli yerini tutmasına həsr etmişdir.
Konfransın sonunda online rejimdə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş qısamüddətli videoçarx göstərilmişdir.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !