-

Gülağa Tənha "Pərvanə"

 "YAN BİR PƏRVANƏ KİMİ…" şeiri xeyriyyəçi - şair Gülağa Tənhanın avtobioqrafik şeirlərindən biridir. Şairin qeydlərindən məlum olur ki, bu şeir məhz bugünkü tarixdə, 6 may 2006 - cı ildə qələmə alınmışdır. Sonradan bu şeirə xalq artisti, bəstəkar-müğənni Tünzalə Ağayeva mahnı bəstələyərək ifa etmişdir.

 

söz: Gülağa Tənha (Qənbərov)

musiqi: Tünzalə Ağayeva

 

 

YAN BİR PƏRVANƏ KİMİ…



Əynindən soyunub qaranlıqları,
Qədərin hökmündən ayrılıb gəlir,
Pərvanə can atır şam işığına,
Gecənin içindən sıyrılıb gəlir.
Necə möcüzədi, İlahi,
görən
Ölümə gələnlər beləmi gəlir?!
Əcəli gizlənib qanadlarında,
Ömürdən sıyrılıb ölümə gəlir.
Ocaq deməliyik, pir deməliyik,
Dünyanın dərdini daşıyanlara.
Qaranlıq dünyaya nur deməliyik,
Pərvanə ömürü yaşayanlara!
Sevgisi ömrüdü!
Bu sevgisiylə
Tək gəlib dünyaya, cahana Tənha!
Mənim xislətimdə pərvanəlik var,
Tənha – pərvanədir,
pərvanə – Tənha!..

 

 

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !