Masallı Rayon Təhsil Şöbəsində növbəti onlayn müşavirə - (+FOTO=4 AZpress.AZ - Əlihüseyn Şükürov)

Masallı Rayon Təhsil Şöbəsində növbəti onlayn müşavirə (+FOTO=4 AZpress.AZ - Əlihüseyn Şükürov)

Dünən, mayın 5-də Masallı Rayon Təhsil Şöbəsində növbəti onlayn müşavirə keçirildi.
Onlayn müşavirədə Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, RTŞ əməkdaşları, məktəb və məktəbdənkənar müəsisələrinin rəhbərləri, direktor muavinləri və UBT rəhbərləri iştirak etdilər.
Onlayn müşavirəni giriş sözü ilə açan Tariyel Əkbərov bildirdi ki,Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş ümumtəhsil məktəb şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon turunun qalibi “Dəfinə” məktəb-liseyinin IX sinif şagirdi İsrafilova Tunarə Ağadədə qızı olmuşdur. Onun təqdimatı respublika final mərhələsinə göndərilmişdir.
Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov şagirdlər arasında “Əlaçı” virtual yarışmasında fəal iştirak etmək, karantin qaydalarına əməl edilməsi üçün növbətçiliyin təşkili, virtual dərslərin şagirdlər tərəfindən izlənilməsinə nəzarət və s. haqqında tapşırıq verdi.
Masallı RTŞ-ın müdir muavini Samit İslamov məktəblər arasında onlayn müsabiqə və yarışların keçirilməsi, fərqlənən şagirdlərə tərifnamələrin verilməsinin əhəmiyyəti haqqında danışdı.
Onlayn müşavirədə Təzə Alvadı kənd 2 nömrəli tam orta məktəbin direktoru S.Hüseyinov, Masallı UGİM-nin direktoru Ə.Axundova, Bədəlan kənd tam orta məktəbin direktor muavini M.Şahbazova, Mahmudavar kənd ümumi orta məktəbin direktor muavini Ç.Fərəcov çıxış etdilər.
Masallı RTŞ-nın müdiri T.Əkbərov verilən sualları cavablandırdı.
ƏLİHÜSEYN ŞÜKÜROV. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !