Muğam Mərkəzində növbəti konsert Əlibaba Məmmədov yaradıcılığına həsr olunacaq -

Muğam Mərkəzində növbəti konsert Əlibaba Məmmədov yaradıcılığına həsr olunacaq

Beynəlxalq Muğam Mərkəzindən növbəti konsert Xalq artisti , ustad xanəndə Əlibaba Məmmədov yaradıcılığına həsr olunacaq

6 may tarixində Beynəlxalq Muğam Mərkəzindən birbaşa yayımlanan "Bizi birləşdirən mədəniyyət" layihəsi ustad xanəndə, Xalq artisti Əlibaba Məmmədov yaradıcılığına həsr olunacaq. Mədəniyyyət Nazirliyi və Mədəniyyət kanalının "Bizi birləşdirən mədəniyyət" layihəsinin Xalq artisi Əlibaba Məmmədova həsr olunmuş həftəsi çərçivəsində BMM-nin solistləri xanəndənin repertuarından seçmələr, həmçinin müəllifi olduğu təsnifləri səsləndirəcəklər. Mədəniyyət kanalı və BMM-nin Facebook səhifəsindən canlı yayımlanacaq efirdə xanəndələr Babək Quliyev ( Şuşalı) "Qızıl güllər arasında" və "Vilayəti" təsnifi, Elnur Zeynalov "Şur" təsnifi , Səbinə Ərəbli "Mehriban həkim" mahnisini, balaban ifaçısı Rəfael Əsgərovun ifasında isə "Azərbaycan maralı" xalq mahnısı təqdim olunacaq. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !