İncəsənətin rəqəmsal platformaya keçid və bərpa problemləri mövzusunda elmi seminar keçirilib - (-VIDEO+FOTO=3)

İncəsənətin rəqəmsal platformaya keçid və bərpa problemləri” mövzusunda elmi seminar keçirilib (-VIDEO+FOTO=3)

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi mayın 1-də “İncəsənətin rəqəmsal platformaya keçid və bərpa problemləri” mövzusunda elmi seminar keçirib. Elmi seminarın moderatoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Miras İctimai Birliyinin Sərgi, bərpa və konservasiya şöbəsinin müdiri Günel Seyidəhmədli olub.
Elmi seminarda mədəniyyət və incəsənət sahələrinin hər hansı bir böhran dönəmində idarəetmənin təşkili, yaradıcılıq proseslərinin davamlı axışının təmin edilməsi, böhranın xarakterindən və səviyyəsindən asılı olaraq kütlə ilə incəsənəti əlaqələndirmək axtarışları, virtual muzey gəzintilərinin aktuallığı, görülən bərpa və konservasiya işləri və s. müzakirə olunub. Hazırda yaşadığımız koronavirus (COVİD-19) pandemiyası dönəmində sözü gedən mövzunun müzakirəsi aktualdır.
Məruzəçilər Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov və Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin baş muhafizi İranə İbrahimova olub.
Elmi Bərpa Mərkəzinin baş muhafizi İranə İbrahimova pandemiya dövründə Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin göstərdiyi fəaliyyətdən söhbət açaraq bərpa sahəsində maraqlandıran sualları cavablandırıb.
Ətraflı: https://www.youtube.com/watch…

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !