Vüsal Kərimli: İctimai nəqliyyatda maska taxmaq məcburidir -

Vüsal Kərimli: “İctimai nəqliyyatda maska taxmaq məcburidir”

“Koronavirusa dair metoodiki göstərişlərdə bildirilir ki, ictimai nəqliyyatda tibbi maska taxmaq məcburidir”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
V.Kərimli qeyd edib ki, bunun cərimə mexanizmilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar veriləcək. O həmçinin deyib ki, biz daha çox cərimələməyə yox, maarifləndirməyə üstünlük verməliyik:
“Əgər sıxlıq həddindən çox olarsa, bunun üçün məhdudlaşdırıcı tədbirlər görüləcək”. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !