Ağcabədidə 1500 qutu ipəkqurdu toxumu kümçülərə paylanıb - (+FOTO=5 AZpress.AZ - Mais Ibrahimov)

Ağcabədidə 1500 qutu ipəkqurdu toxumu kümçülərə paylanıb (+FOTO=5 AZpress.AZ - Mais Ibrahimov)

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki,Ağcabədi rayonunda barama yetişdirilməsinə başlanılıb. Belə ki, Qax Damazlıq İpəkçilik stansiyasından gətirilən 1500 qutu ipəkqurdu toxumu Ağcabədi kümçülərinə paylanıb. Ötən il 1500 qutu ipək qurdundan 54 min 466 kiloqram yüksək keyfiyyətli barama istehsal edərək respublika üzrə ən yaxşı 2-ci göstəricini əldə edən rayon kümçüləri builki mövsümdə də daha yüksək nəticələrə imza atmaq əzmindədirlər.
Qeyd edək ki, “Azərbaycan Respublikasında Baramaçılığın və İpəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası nəticəsində son illər barama istehsalı Ağcabədi rayonunda xeyli artıb.
2018-ci ildə 37 min 146 kiloqram barama istehsalı edən və bu göstəricini 2019-cu ildə 5,6 dəfə (46,8 faiz) artıran kümçülərimizə istehsal etdikləri 54 min 466 kiloqram yaş baramaya görə dövlət tərəfindən 269 min 995 manat məbləğində subsidiya verilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !