BAHAR ADDIMLAYIR MASALLI TORPAĞINDA... - (+FOTO=40 AZpress.AZ - Əlihüseyn Şükürov)

BAHAR ADDIMLAYIR MASALLI TORPAĞINDA... (+FOTO=40 AZpress.AZ - Əlihüseyn Şükürov)

BAHAR ADDIMLAYIR
MASALLI TORPAĞINDA...

Fotolar ELSEVƏR ƏLİYEVindir

MASALLIDADIR

Əli Tudəyə
(Nəğmə)

Gözəllik sərgisi deyim bu yerdə,
Çiçəkli ormanlar Masallıdadır.
Lalələr qızarır şaxta, qarda,
Güllər, gülüstanlar Masallıdadır.

Deyin bu torpağın harda tayı var?!
Hər cür sovqatı var, hər cür payı var.
Faraş tərəvəzi "buket” çayı var,
Bağçalar, bostanlar Masallıdadır.

Nə xoşdur «Ənbərbu», «Sədri», «Akülə» —
Qızıl bicarlardan daşıb tökülə.
Torpağa düşməsin gərək bir gilə,
Tayalar, xırmanlar Masallıdadır.

Sinəsi ordenli, əli qabarlı,
Məğrur, dəyanətli, mərd, etibarlı
Koroğlu cüssəli, Babək vüqarlı
Yaradan insanlar Masallıdadır.

Olarmı İsti su düşməsin yada?
Burda dəfn olunur hər mərəz, qada,
Burda cavanlaşdım, dedim: dünyada
Ən gözəl loğmanlar Masallıdadır.

Qızları çiçəkdir, saralmaz, solmaz,
Yanaqlar lalədir, baxışlar almaz,
«Aslanın erkəyi — dişisi olmaz».
Həcər tək aslanlar Masallıdadır.

Dağların zirvəsi buluda çatır,
Söyüdlər saçını çiyninə atır.
Burda min kitabın mövzusu yatır.
Nağıllar, dastanlar Masallıdadır.

Sevinc ürəklərdə yığılır çin — çin,
Sevincdən piyalə doldurub için.
Burda arzuları gülür insanın
Xoş gələn dövranlar Masallıdadır.
VAİF HÜSEYNOV, 1968-ci il. Masallı şəhəri.

Tanışlıq edən:

Əlihüseyn Şükürov
AZpress.AZ
Masallı 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !