Gülağa Tənha - "8 saat"

Gülağa Tənha "8 saat"

Lider televiziyası xeyriyyəçi-şair Gülağa Tənhanın gördüyü işlər və xeyriyyəçiliyi haqqında geniş reportaj hazırlamışdır. Azpress.az - saytı həmin video çarxı sizə təqdim edir. Yeri gəlmişkən bu gün 1 may tarixi dünyada Beynəlxalq Zəhmətkeşlər Bayramı kimi qeyd edilir. Rəsmi olaraq qərarı ilk dəfə II İnternasionalın 1889-cu ilin iyulunda keçirilən Paris Konqresində verilib.
1 may (1856 - cı il, Avstriyada, 1866- cı ildə Biltimorda, 1884 - ci il, Çikaqoda) 1886-cı ildə demək olar ki, bütün sənaye mərkəzlərində – Nyu-York, Çikaqo, Filadelfiya, Baltimorda 200 mindən çox işçi "8 saatlıq iş günü" tələbi altında baykot edərək sıralarla yürüşlər keçirməyə başladılar. İşçi və polislər qarşı-qarşıya gəlməli oldu. Nəticədə hər iki tərəfdən itgilər oldu...

SSRi - dövrünü görənlər yaxşı xatırlayırlar ki, Mayın 1-də şəhərlərdə böyük nümayişlər keçirilər, möhtəşəm bayram əfval-ruhiyyəsi hökm sürərdi. Peşəsində fərqlənən əməkçilərə mükafatlar, fəxri adlar verilər, Sovet İttifaqının paytaxtına – Moskvaya dünyanın bütün ölkələrindən dəvət olunan qonaqlara sosializmin nəyə qadir olduğu nümayiş etdirilərdi. 1920-ci ildən başlayaraq 1992-ci ilə qədər 1 may Azərbaycanda da rəsmi bayram günü kimi qeyd olunurdu. Burada məqsəd
zəhmətkeş insanların fəaliyyətini eləcə də asudə vaxtının dəyərləndirilməsi idi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda məhz "8 saatlıq iş günü" haqqında fikir bildirmişdir. Azərbaycan bu gün dünya tarixində iz qoymuş adət-ənənələrinə uyğunlaşaraq öz mədəniyyətini inkişaf etdirməkdədir. 1 may tarixini xüsusi bayram günü kimi keçirilməsək də zəhmətkeş insanların dəyəri həmişə uca tutulur, dövlət və xalq tərəfindən yüksək qiymətləndirilir. Mədəniyyətimiz eləcə də iqtisadiyyatımız həm də qürbətdə yaşayıb fəaliyyət göstərən iş adamlarımızın zəhmətkeşliyi, vətənpərvərliyi ilə formalaşmaqdadır. Həmin şəxslərdən biri də yuxarıda adı çəkilən xeyriyyəçi-şair Gülağa Tənhadır. Gəlin onun haqqında hazırlanmış video reportajla yaxından tanış olaq. Ətraflı, video linkdə...

 

 

 Gülağa #Tənha #Gulaga #Tenha #Qənbərov #Qəmbərov #Qenberov #Qemberov #şair #xeyriyyəçi #xeyriyyeci

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !