Evdə qal anlara virtual tamaşa - (+FOTO=2)

“Evdə qal”anlara virtual tamaşa (+FOTO=2)

Koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin günlərində Mədəniyyət Nazirliyinin “Evdə qal, evdə yarat” tövsiyəsi əsasında ölkəmizin əksər teatrları özlərinin elektron resurslarla işləmək imkanlarını işə salaraq tamaşaçılarla ünsiyyət qururlar. Virtual tamaşalar ölkə daxilində olan teatrsevərlərlə bərabər müxtəlif ölkələrdə yaşayan soydaşlarımız tərəfindən də izlənilir.
Son günlər virtual tamaşa nümayişlərinə Masallı Xalq Teatrı da qoşulub. Teatr aprel ayı üçün virtual repertuarına yazıçı –publisist Nurəddin Ədiloğlunun hərbi-vətənpərvərlik mövzusunda qələmə aldığı “Şəhidlər anası” dramını da daxil edib.Xarırladaq ki, bu tamaşa 3 il əvvəl İkinci Respublika Xalq Teatrları Festivalının final mərhələsindəAzərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində nümayiş etdirilmiş, rejissoru və baş rolun ifaçısı xüsusi diplomlara layiq görülmüşdür. Xocalı faciəsindən kiçik bir epizodu canlandıran tamaşa erməni faşizminin qəddarlığına qarşı tamaşaçıda nifrət hissi oyadır.
“Şəhidlər anası” dramının vurtal tamaşası onlayn izləyicilərinəxalq teatrının baş rejissoru Camaləddin Əliyevin quruluşunda təqdim edilir. Tamaşada rolları aktyorlar Aybəniz Həsənova, Cavid Quliyev, Mərhəmət Lələyev ifa edirlər.
Səhnə əsəri aktyorların ifasında izləyicilərə inandırıcı ştrixlərlə, olduqca maraqlı tərzdə təqdim olunur. Tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edir.
Qeyd edək ki, səhnə əsərində rəsmlərin quruluşu rəssam Tofiq Həsənova, səhnə tərtibatı isə Elsevər Əliyevə məxsusdur.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !