Mərkəzi Bank 4 bankla bağlı qərar verdi -

Mərkəzi Bank 4 bankla bağlı qərar verdi

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin bu gün qəbul etdiyi qərarla “Atabank”, “AGBank”, “NBC Bank” və “Amrah Bank” ASC-lərə müvəqqəti inzibatçılar təyin olunub.
Mərkəzi Bankdan verilən məlumata görə, qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.
Bu məsələ ilə bağlı əlavə məlumat təqdim olunacaq.

***
Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunub. Qanunvericiliyə uyğun olaraq adı çəkilən bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.
Bu barədə şərh verən iqtisadçı Samir Əliyev bildirib ki, həmin banklar bazarda elə də böyük paya malik deyillər:
“4 bankın ümumi bazar payı 5%-ə yaxındır. Bu bankların aktivlərinin həcminə görə heç ilk 10-luqda olmayıblar. Ən yüksək paya Atabank (1,4%), ən aşağı paya “Amrahbank” (0,6%) malik olub. 2019-cu ildə “Atabank”ı saymasaq, “AGBank” aktivlərinin həcminə görə 15-ci yerdə olub. “Atabank”ın aktivlərinin həcmi 2019-cu ilin 3-cü rübündə 532,1 milyon manat olmaqla 13-cü yerdə olub”.
Kredit bazarına gəldikdə, ekspert qeyd edib ki, bu bankların payı təxminən 7%-dən az olub:
“Yenə də ən böyük paya (2,6%) “Atabank”, ən az paya “Amrahbank” (0,79%) malik olub. Amma kredit bazarında da ilk 10-luqda olmayıblar.
Depozit bazarında 4 bankın bazar payı 4%-dən az olub. Bu bankların depozit portfeli 2019-cu ilin sonuna 800 milyon manatdan çox, kredit portfeli isə 1 milyard manata yaxın olub”. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !