ASCO-nun Xəzərdə üzən gəmi-bərələrdən biri Zərifə xanım Əliyevanın adını daşıyır -

ASCO-nun Xəzərdə üzən gəmi-bərələrdən biri Zərifə xanım Əliyevanın adını daşıyır

28 aprel əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın doğum günüdür.

Zərifə xanımın yaşadığı dərin mənalı ömür, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

Dənizçilər olaraq dərin hörmət və ehtiramla anırıq!

Qeyd edək ki, görkəmli oftalmoloq alimin xatirəsini əbədiləşdirmək məqsədilə ASCO-nun Dəniz Nəqliyyatı Donanmasının gəmilərindən birinə "Akademik Zərifə Əliyeva" adı verilib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !