ASCO-da dezinfeksiya işləri davam edir -

ASCO-da dezinfeksiya işləri davam edir

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Bəstəkar Qara Qarayev”, “Ağdam”, “Şah İsmayıl Xətai”, “Zəngilan”, “Şəki”, “Babək”, “Qəhrəman Xəlilbəyli”, “Dədə Qorqud”, “Naxçıvan”, “Fizuli”, “Şuşa”, “Preziden Heydər Əliyev”, “Merkuri-1”, “Qarabağ”, “PSK-40”, “Ədalət Gülməmmədov” gəmilərində,  953, 901, 351, 806, 678 saylı üzən tərsanələrdə,  eyni zamanda “Bibiheybət” Gəmi Təmiri Zavodunda, Dəniz Akademiyasının II korpusunda və Dəniz Nəqliyyat Donanmasının inzibati ərazisində aparılıb.

Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !