XİLAS EDİLMİŞ MƏDƏNİ SƏRVƏTLƏR MUSİQİ ALƏTLƏRİ -

XİLAS EDİLMİŞ MƏDƏNİ SƏRVƏTLƏR “MUSİQİ ALƏTLƏRİ”

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi növbəti olaraq XİLAS EDİLMİŞ MƏDƏNİ SƏRVƏTLƏR “MUSİQİ ALƏTLƏRİ” adlı elektron kataloqu Sizə təqdim edir

Azərbaycan xalqının musiqiyə olan məhəbbəti onun qeyri-adi musiqi istedadından irəli gəlir. Qədim zamanlardan başlayaraq müxtəlif dövrlərdə yaradılmış zəngin musiqi irsi, Azərbaycan xalqının hər bir nəslinə xas olan genetik istedadın sübutudur. Azərbaycan xalq musiqisinin emosional koloritinə, ritminə, tempinə, bədiiliyinə uyğunlaşmış milli musiqi alətlərimiz uzun tarixi inkişaf yolu keçərək ənənəvi musiqi ifaçılığının və yaradıcılığının bir çox cəhətlərini bu günümüzə gətirib çatdırmışdır.

Son illər Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində respublikanın müxtəlif muzeylərindən daxil olan musiqi alətlərinin tarixi tədqiq olunur, öyrənilir, alətlərin ölçüləri, materialın növü, hazırlanma və quraşdırılma texnologiyası araşdırılır. Toplanmış materiallar əsasında musiqi alətlərinin əvvəlki görkəmləri yenidən bərpa edilərək muzeylərə qaytarılır.

Keçid alıb baxmaq üçün: http://muzey-servetleri-ebm.az/az/flip-book/musiqialet/ 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !