-

Masallıda onlayn qaydada “Xəmsə ” Milli İntellektul Oynu keçirilmişdir +FOTO=6 (AZpress.AZ - Əlihüseyn Şükürov)

21-23 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşlara tövsiyələrini əsas tutaraq “Biz birlikdə güclüyük” devizi altında və yeni növ koronavirus (COVİD - 19) pandemiyası ilə əlaqədar olaraq ölkə ərazisində elan edilmiş xüsusi karantin və bu çərçivədə tətbiq edilən hərəkət məhdudiyyətləri rejimini nəzərə alaraq Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Könüllülər ili” nə həsr olunmuş gənclər arasında onlayn qaydada “Xəmsə” Milli intellektual oyunu üzrə rayon birinciliyi keçirilmişdir

Whatsapp vasitəsi ilə keçirilən onlayn oyununun əsas məqsədi xüsusi karantin dövründə gənclərin asudə vaxtlarının səmərəli təşkili, həmçinin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bədlərinin rayonumuzda icrasını təmin etməkdir.

Fərdi qaydada keçirilən onlayn yarışda gəclərdən Cəbiyev Şamxal 8700 xal toplayaraq birinci yerə ,Teymurlu Toğrul 7200 xal toplayaraq ikinci yerə, Baxışov Nicat 3300 xal toplayaraq üçüncü yerə layiq görülmüşlər .

Onlayn qaydada keçirilən oyunda qalib gəlmiş gənclər Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılacaq.

ƏLİHÜSEYN ŞÜKÜROV 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !