GƏNC YAZAR ELŞƏN İSMAYILIN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRDÜ -

GƏNC YAZAR ELŞƏN İSMAYILIN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRDÜ

http://azpress.az/uploads/pdf/qaranliqdan_gelen_adam.pdf

 Son illərdə öz dəsti-xətti ilə mətbuatda xeyli nüfuz qazanmış, yazıları ilə özəlliklə gənclərin və digər yaşdan olan insanların qısa zamanda rəğbətini qazanmış olan Elşən İsmayıl oxucularına ilk kitabını təqdim edib.
Kitabla tanış olduqdan sonra deyə bilərik ki, kitabda yazarın son illərdə sosial, psixoloji, milli və qlobal mövzularda yazdığı bəzi hekayələri yer almışdır.
Kitab, müasir təbliğat üsulu olan internetin, sosial şəbəkələrin əlverişliliyini nəzərə alaraq məhz “pdf” formatında ölkə və xarici mətbuata, kitab saytlarına və digər maarifləndirici mərkəzlərə təqdim edilmişdir.
Yazarın oxucularına bir müjdəsi olan bu yeni maraqlı kitabı biz də öz növbəmizdə sizlərə təqdim edir, gənc yazara yeni nailiyyət uğurları arzu edirik.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !