Yeni direktor Vüqar Səfərlinin kadrlarını KİVDF-dən kənarlaşdırdı -

Yeni direktor Vüqar Səfərlinin kadrlarını KİVDF-dən kənarlaşdırdı

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Əhməd İsmayılov qurumun bütün əməkdaşlarını işdən çıxarıb.
AZpress.AZ “BakuPost” -a istinadən xəbər verir ki, yeni direktorun bu radikal addımı ilkin araşdırmalardan dərhal sonra baş verib. İşdən çıxarılan şəxslərin kim olması, hansı prinsiplə işə götürlüməsinə nəzər yetirdikdə, Fondun indiyə qədər fəaliyyəti barədə tam təsəvvür yaranır.
Sayt işdən çıxarılan şəxslərin adların da yayıb.

1. Aygün Süleymanova – Prezidentinin Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdirinin müavini Tahir Süleymanovun qızı;

2. Gülgün Zahidli – Digər müavin Ərəstun Mehdiyevin qardaşı qızı;

3. Aydın Quliyev – “Bakı-Xəbər” qəzetinin baş redaktoru;

4. Ramin Kərlimli – Vüqar Səfərlinin bacısı oğlu;

5. Elşad Tağıyev – Vüqar Səfərlinin qohumu, həmkəndlisi;

6. Samir Mustafayev – Mətbuat xidmətinin rəhbəri;

7. Mehrac Babayev – “Verso-M” tikinti şirkətinin sahibi;

M.Babayev həm də müəyyən məsələlərə görə siyasi çevrələrdə yaxından tanınır.
Məlum olub ki, jurnalistlərin binasını qeyri-rəsmi olaraq M.Babayev tikib.
Bundan əlavə, fondun tərkibində olan “Tikinti Şöbəsi”nin 5 əməkdaşı da işi ilə vidalaşıb.
Fondda köhnə komandadan yalnız baş mühasib vəzifəsini icra edən Təhminə Yaqubova qalıb.
KİVDF-nın baş mühasibi və eyni zamanda “Mövqe” qəzetinin mədəniyyət şöbəsinin müdiri idi. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !