Evdə qal və muzeylərə səyahət et -

Evdə qal və muzeylərə səyahət et

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı insanların evdə asudə vaxtlarını səmərəli keçirməsi məqsədilə başladıqları “Muzeylərə virtual səyahət” layihəsinin növbəti video çarxı yayımlanmışdır.

“Evdə qal və evdə öyrən” çağırışı ilə həyata keçirilən bu layihə ölkədə fəaliyyət göstərən muzeylərə virtual səyahət edərək vətəndaşların ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış olmasına imkan yaratmaqdadır.

Layihə çərçivəsində növbəti səyahət zəngin musiqi alətləri kolleksiyasına və arxiv materiallarına malik olmaqla musiqi mədəniyyətimizin tarixini əks etdirən materialların əsas saxlanc yeri, qorunduğu, öyrənildiyi və təbliğ olunduğu məkan olaraq fəaliyyət göstərən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyidir. Muzeyin ekspozisiyasında Azərbaycan musiqi mədəniyyətinin tarixi, onun ayrı-ayrı mərhələləri, görkəmli musiqi xadimləri, milli musiqi alətləri haqqında ətraflı məlumat verilir.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə virtual səyahəti aşağıdakı keçidlər vasitəsilə izləmək olar:

https://www.facebook.com/youthfundaz/videos/162567028387894/

https://www.facebook.com/cvntv/videos/613399172587385/

https://youtu.be/CJ7D963-Fss
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !