"Qal sənə qurban" karantin versiyası - - Gənc ulduzlar Evdə mahnı yazdırıb klip çəkdilər - VIDEO

"Qal sənə qurban" karantin versiyası - Gənc ulduzlar Evdə mahnı yazdırıb klip çəkdilər - VIDEO

Addım Gənclər Təşkilatı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə sosial izolyasiya günlərində gənclərin asudə vaxtının səmərəli keçirilməsi, maariflənməsi məqsədi ilə "Evdə Addımla" layihəsini davam etdirir.
Hər gün müxtəlif ictimai fiqurlar, təlimçilər və başqaları ilə canlı yayıma çıxan Addım Gənclər Təşkilatı gündəlik 5000-dən çox izləyici toplayıb.
Belə ki, canlı yayımlarda fitnes, yoqa dərsləri, Fəxriyyə Xələfova, Sevda Ələkbərzadə kimi məşhur insanlar olur. Bu gün isə gənclərin evdə qalması üçün xalq mahnısı olan "Qal Sənə Qurban"ı yeni versiyada evdə hazırlanmış klipini təqdim edib. Klipdə Azərbaycanın bir çox gənc ifaçıları; Şölə Səfərəliyeva,
Nərmin Kərimbəyova, Fərid Həsənov, Fariz İlyasov, Ülkər Əliyeva, Tofiq Haciyev, Sənan Əliyev, Aygün Mahmudova iştirak etmişlər.
Layihə nəinki Azərbaycanda, dünyada ilk evdə çəkilib, səsi yazılan klip sayılır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !