Naxçıvan Muxtar Respublikasının mineral xammalı əsasında praktiki əhəmiyyətli seolitlər sintez olunub -

Naxçıvan Muxtar Respublikasının mineral xammalı əsasında praktiki əhəmiyyətli seolitlər sintez olunub

AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində “Naxçıvanın mineral xammalından səmərəli istifadə və onun praktiki əhəmiyyəti: Qeyri-üzvi birləşmələrin alınması” adlı tədqiqat işi yekunlaşıb.
Tədqiqat işini Bölmənin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədovanın rəhbərliyi ilə Naxçıvan şəhəri 8, 11, 12 nömrəli tam orta məktəbin şagirdləri Nurgün Allahverdiyeva, Ləman Rzalı və Fatma Hacıyeva yerinə yetiriblər.
Naxçıvan Muxtar Respublikasının mineral xammalı əsasında geniş praktiki əhəmiyyətə malik seolitlər almaq məqsədini qarşıya qoyan araşdırmalarda xammal-kaolinit, obsidian və dolomit minerallarından istifadə olunub. Layihə rəhbərinin sözlərinə görə, bu minerallar muxtar respublikada geniş yayılıb və böyük yataqları mövcuddur. Günel Məmmədova bildirib ki, hazırda kimyanın aktual və perspektivli sahələrindən biri məhz yerli xammaldan səmərəli istifadəyə nail olmaqdır. Bu istiqamətdə aparılan tədqiqatlar ölkə iqtisadiyyatına da müsbət təsir göstərə bilər.
Tədqiqatlar nəticəsində praktiki əhəmiyyətli seolitlər sintez olunub. Bu seolitlər xalq təsərrüfatının bütün sahələrində - yeyinti sənayesi, tikinti materiallarının istehsalı, tibb, kimya, neft kimyası və s. geniş tətbiq edilir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !