DGK "Könüllü gömrükçü" dəstəsinin üzvləri - Könüllü Qonşu aksiyasına qoşulub

DGK "Könüllü gömrükçü" dəstəsinin üzvləri “Könüllü Qonşu” aksiyasına qoşulub

Dövlət Gömrük Komitəsinin "Könüllü gömrükçü" dəstəsinin üzvləri də Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin təşəbbüsü ilə həyata keçirilən “Könüllü Qonşu” aksiyasına qoşulub.

Könüllü gənclər yaşlı və qayğıya ehtiyacı olan qonşularının qapılarına məlumatlandırıcı təlimatlar asmış, ərzaq məhsullarının alınmasında onlara köməklik göstərmişlər.

Əgər Sizin də çevrənizdə yaşı 65-dən yuxarı olan və mövcud karantin rejimi ilə əlaqədar olaraq evdən çıxa bilməyən, ərzaq məhsullarının, dərman preparatlarının alınması, məişət tullantılarının atılması üçün "dost əli"nə ehtiyacı olanlara əl uzada bilərsiniz!

Həm böyüklərimizi, həm ənənələrimizi qoruyaraq "Könüllü Qonşu", nümunəvi vətəndaş olmaq Sizin əlinizdədir!

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !