Azər Maqsudov: Spirtdən zəhərlənib ölənlərin hamısı kişilərdir - - VİDEO

Azər Maqsudov: “Spirtdən zəhərlənib ölənlərin hamısı kişilərdir” - VİDEO

Koronavirus pandemiyası ölkədə yayıldığı bir vaxtdan spirtə olan tələbat dəfələrlə artıb.
Təəssüflər olsun ki, bəzi insanlar bundan təkcə əlləri dezinfeksiya etmək üçun yox, daxilə qəbul etmək üçün də istifadə edir və bu yolla virusdan uzaq qalacaqlarını düşünürlər.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi apteklərdə satışda olan dezinfeksiyaedici etanol tərkibli məhluldan - tibbi etil spirtindən istifadə qaydaları haqqında vətəndaşlara müraciət edib.
Müraciətdə qeyd edilib ki, tibbi etil spirtinin yalnız dezinfeksiya məqsədilə istifadəsi tövsiyə olunur. Lakin xəbərdarlıqlara baxmayaraq, ölkədə bundan zəhərlənmələr və ölüm halları baş verir.
ARB TV-nin efirində yayımlanan "Günə doğru” verilişində məsələ ilə bağlı süjet yayımlanıb.
1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov bildirib ki, ölənlərin hamısı kişi xəstələridir:
"Yaşları da çox cavan - 35-37 yaşa qədərdir”. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !