Gülağa Tənha - "Vətəndaş olaq!..."

Gülağa Tənha "Vətəndaş olaq!..."

Onu uzaqlara tale göndərdi. Ruhu isə daim Azərbaycan adlı məmləkətdə qaldı. Getdiyi yerlərin zirvələrinə Vətən eşqilə ucalıb fəth etdiyi yüksəkliklərdən dünyaya qürurla baxdı və mütləq bir əli həmişə ürəyinin üstündə oldu, əllərini titrədən isə Vətən adlı döyüntü idi... Gülağa Tənhanın 5 - cildlik kitab təqdimatında növbəti çıxışçı, məktəbli, Sevinc Hüseynlidir. Sevinc xeyriyyəçi - şair Gülağa Tənhanın keçirtdiyi qiraət müsabiqəsinin qaliblərindən biridir. 2005 - ci ildə yazılmış "Vətəndaş olaq!..." şeiri qiraətçi və müğənnilər tərəfindən bu günədək mühüm tədbirlərdə səslənməkdədir.

 

 

söz: Gülağa Tənha (Qənbərov)
ifa: Sevinc Hüseynli
ud ifaçısı: Yasəf Eyvazov


VƏTƏNDAŞ OLAQ!...



Dil açıb Vətənə ana demişəm,
Vətənim – anamdı, anam – Vətəndi!
Udduğum havadı, içdiyim sudu,
Damarımda axan qanım – Vətəndi!
Yurda bağlananın, yurddaş olanın
Ocağı – Vətəndi, közü – Vətəndi!
Vətəndi bulağı, qayası, daşı,
Çəməni – Vətəndi, düzü – Vətəndi!
Canında-qanında od olmayanın,
Fikri, düşüncəsi qəpiyə dəyməz.
Vətənin adına ad olmayanın
Vətənsiz yaşamaq qəddini əyməz.
Gəl Vətən naminə yanaq, yaxılaq,
Bir bədən üstündə ayıq baş olaq.
Demirəm ucalaq uca göylərə,
Çölündə, düzündə qara daş olaq…
Vətəndaş olaq!
Vətəndaş olaq!


Bakı, 17 noyabr, 2005

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !