Gülağa Tənha - Təsəlli

Gülağa Tənha Təsəlli

Gülağa Tənha yaradıcılığınıda xüsusi yeri olan şeirlərindən biri də təqdim etdiyimiz "Təsəlli" şeiridir. Bu şeirdə sanki xeyriyyəçi - şairin tərcümeyi halı əks etdirilib. Məhz 5 cildlik kitablarının təqdimat mərasimində də giriş hissənin bu şeirlə başlanması təsadüfi deyildir.

söz: Gülağa Tənha (Qənbərov)
ifa edir: əməkdar artist Bəhruz Vaqifoğlu

 

 

TƏSƏLLİ

Dünyanı ağılla tanıya bilsən,
Dünyanı söz ilə oyandırarsan.
Vaxtında sıyırsan söz qılıncını,
Axar suları da dayandırarsan.
Sözlə ehya qıldı Füzuli babam,
Dərdin özünü də usandırdı söz.
Duyanın ömrünə ömür olsa da,
Sözü duymayanı utandırdı söz.
Şeirim, misralarım haqqın səsidi,
Qələmə girovdu ruhum əzəldən.
Məni incidiblər...
Darılmamışam,
İncik düşməmişəm hələ kimsədən.
Yaxşı tanıyıram dünyanı,
indi
Bir üzü sevincdi, bir üzü qəmdi.
Tənhalıq ömrümün qafiyəsidi,
Təsəllim yazdığım şeirlərimdi…


İspaniya, 18 dekabr, 2006

 

 


#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !