Dəniz kənarı Sumqayıt bulvarına düşdüm - - Rafiq Oday yazir +FOTO=18

Dəniz kənarı Sumqayıt bulvarına düşdüm - Rafiq Oday yazir +FOTO=18

Məqsədim insanların yeni tətbiq olunan qaydalara münasibətini bilmək idi. Nə bulvarda, nə də sahildə bir nəfər də olsun belə, yox idi. Bir məqam da diqqətimi çəkdi. 3-4 gün bundan əvvəlki gəlişimdən fərqli olaraq, nə bulvarda, nə də sahildə qarğalar darğalıq etmirdi. Bir dənə də olsun qarğa gözə dəymirdi. Əvəzində qağayılar öz halal-hümmət oylaqlarına qayıtmışdılar. Buna xeyli sevindim.
Sonra da yanında xəcalətli olduğum pişiyi axtardım, borcumdan çıxmaq üçün. Təəssüf ki, o da bulvarı tərk etmiş, qarnını doyura bilmək üçün güman ki, mikrorayon və məhəllələrə üz tutmuşdu.
Bir azdan post-patrul xidmətindən bir cavan oğlan - polis nəfəri yaxınlaşdı, çox mədəni şəkildə özünü təqdim etdi. Icazəmin olub- olmaması ilə maraqlandı. Mən də xidməti vəsiqəlırimi təqdim etdim və icazəlilər qrupunda olduğumu bildirdim. Alıb baxdı... Təbii ki, hər ikimiz xidməti vəzifəmizi yerinə yetirirdik, ona görıə də bir-birimizi anlayışla qarşıladıq. Sonra da xalqımıza, millətimizə əmin-amanlıq arzuladıq, bu qara buludun başımızın üstüdən dağılmasını, insanların azad və rahat şəkildə tezliklə bulvara istirahətə gələ bilmələrini dilədik. Mən evə, o isə xidməti borcunu davam etdirməyə yollandı.
Allah-taalanın nəzəri və kölgəsi hər birimizin üstündə olsun inşallah. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !