Qırğız telekanalında vitse-prezident Mehriban Əliyevanın fəaliyyətinə həsr edilmiş verliş yayınlamışdır - +FOTO=10

Qırğız telekanalında vitse-prezident Mehriban Əliyevanın fəaliyyətinə həsr edilmiş verliş yayınlamışdır +FOTO=10

Qırğız Dövlət televızıyasında Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyavanın milli mədəniyyətə verdiyi töhfələrə həsr olunmuş veriliş yayınlanmışdır
Həmyerlilərimiz, TÜRKEL medianın prezidenti Hökümə Xəlilova və baş redaktoru Ramiz Məşədihəsənlinin Qırğız dövlət televiziyası PİRAMİDA TV-də növbəti “Dostluq körpüsü” verilişi Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın milli mədəniyyətimizə, xüsusilə muğamın dünyada tanınması və inkişafındakı xidmətlərini əks etdirən verilişi efirə çıxmışdır.
Verilişdə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakilə Ağdamda açılan “Muğam evi”, Mehriban Əliyevanın təşəbbüsilə keçirilən muğam televiziya müsabiqəsi və Azərbaycanın birinci xanımının xidmətlərinə görə bir sıra aparıcı dövlətlərin başçıları tərəfindən yüksək mükafatlara layiq görülməsi və sairə ardıcıllıqla qırğız tamaşaçılara təqdim olunub.
Proqramda Azərbaycanın xalq artistləri Arif Babayev, Mənsum İbrahimov, Sərdar Fərəcov və muğamsevər, əməkdar mühəndis Tağı Əhmədovun birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi əvəzsiz xitmətlər, muğamın YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınmasında xüsusi rolundan və bilavasitə iştirakından danışıblar.
“Dostluq körpüsü” verilişinin ikinci hissəsi isə tanınmış nəğməkar şair, doktor-professor Vüqar Əhmədin yaradıcılığına və Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın “Muğam” televiziya müsabiqəsinin qalibi və AzTV-nin solisti, gənc xanəndə Almaxanım Əhmədliyə həsr olunmuşdur.
Rus dilində 40 dəqiqə boyunca tamaşaçılara təqdim olunan verilişdə Almaxanım Əhmədlinin ifasında Azərbaycan muğamları və xalq mahnıları təqdim edilmişdir.
Xatırladaq ki, Qırğız dövlət televiziyası PİRAMİDA TV-də TÜRKEL media qurucuları, soydaşlarımız
Hökümə Xəlilova və Ramiz Məşədihəsənlinin layihəsi əsasında illərdir həftəlik rus dilində 40 dəqiqəlik “Dostluq körpüsü” proqramında Azərbaycan və Türk Dünyası ilə bağlı mütəmadi verilişlər yayınlanır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !