Boradigahda 350 ailəyə ərzaq yardımı verilmişdir - +FOTO=36 (AZpress.AZ - Əlihüseyn Şükürov)

Boradigahda 350 ailəyə ərzaq yardımı verilmişdir +FOTO=36 (AZpress.AZ - Əlihüseyn Şükürov)

Bəşəriyyəti ağuşuna alan koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Bu dəhşətli virusun yayılmasının qarşısının vaxtında almaq üçün möhtərəm Prezidentimiz İlham Əliyevin xalqa müraciəti ölkə vətəndaşlarının böyük dəstəyi ilə həyata keçirilir. Belə çətin vaxtlarda insanların maddi və mənəvi vəziyyətinə kömək göstərmək əsl vətəndaşlıq məsuliyyətinə çevrilib. AZpress.AZ-ın bölgə müxbiri Masallıda da koronavirusa qarşı mübarizənin davam etdiyi günlərdə Masallı rayon rəhbərliyinin səhiyyə ocaqlarında, şəhər, kənd, qəsəbələrdə insanlara kömək göstərilməsi yolundakı tədbirlərə əməl etmək hər bir sakinin vətəndaşlıq borcuna çevrilmişdir. Bu çətin zamanda imkanlı, xeyriyyəçi adamlar da həmvətənlərinə maddi və mənəvi kömək göstərirlər.
Boradigah qəsəbəsindəki “Vəhdət” Soisial İctimai İnkişaf Birliyi sakinlərə maddi kömək göstərməklə ölkə Prezidentinə dəstək nümayiş etdirmişdir. Birliyin sədr müavini Hacı Nazim Bəyverdiyevin dediyinə görə qəsəbənin 350 ailəsi bu ərzaq köməyindən bəhrələnmişdir. Həmin ailələrdən hər birinə 60 manatlıq ərzaq məhsulları verilmişdir. Sosial yardım yaşı 60-dan yuxarı olan, işləməyən adamlara, şəhid və aztəminatlı ailələrə paylanmışdır.
Əlihüseyn Şükürov.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !