Aİ Komissiyası: Marşal Planı na ehtiyac var -

Aİ Komissiyası: “Marşal Planı”na ehtiyac var

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen koronavirusdan zərər görən ittifaq ölkələrinə kömək üçün “Marşal Planı”na ehtiyac olduğunu deyib.
 Leyen “Welt” qəzetinə açıqlamasında bu barədə danışıb.
O, Avropanın görünməmiş bir iqtisadi böhranla üzləşdiyini, bu vəziyyətdən çıxmaq üçün daha çox vəsaitə ehtiyac olduğunu qeyd edib.
Leyen böyük investisiyaların Aİ büdcəsinə daxil edilməli olduğunu vurğulayaraq, bütün ölkələr tərəfindən həmrəylik vasitəsi kimi qəbul edilən büdcəni böhrana uyğun formalaşdırmağa çağırıb.
Qeyd edək ki, “Marşal Planı” İkinci Dünya müharibəsindən sonra ABŞ-ın Avropa ölkələri üçün tətbiq etdiyi iqtisadi yardım paketidir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !