Evdə qal və muzeylərə səyahət et -

Evdə qal və muzeylərə səyahət et

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondu ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar vətəndaşların evdə qalarkən vaxtlarının daha faydalı təşkili məqsədilə növbəti maraqlı layihəyə start vermişlər.
“Evdə qal və evdə öyrən” çağırışı ilə Bakı şəhərində yerləşən muzey və sərgi komplekslərinə virtual səyahət formatında olan bu layihə vətəndaşların evdə qalarkən vaxtlarını daha səmərəli və maraqlı keçirməsini, ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış olmasını ehtiva edir.
Təşəbbüs çərçivəsində ilk virtual tur Heydər Əliyev Mərkəzində yerləşən muzeyə təşkil edilmişdir.
Virtual tur zamanı seyrcilərə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyatı və fəaliyyətini əks etdirən və dövlətçilik tariximizin mühüm nümunələri olan eksponatlar, videomateriallar, fotoşəkillər və sənədlər nümayiş etdirilmişdir.
Azərbaycanın bir sıra aparıcı muzeylərini əhatə edəcək layihə vətəndaşların və xüsusilə də gənclərin mənəvi cəhətdən zənginləşməsinə, fərdi inkişafına və biliklərini artırmasına xidmət edəcəkdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !