Gömrükçülər aztəminatlı ailələrə ərzaq yardımı ediblər -

Gömrükçülər aztəminatlı ailələrə ərzaq yardımı ediblər

Ölkəmizdə koronavirus(COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan hökuməti bütün zəruri addımları atır, təxirəsalınmaz tədbirlər həyata keçirir.

İlk gündən bu infeksiyanın yayılmasının qarşısının alınmasında fədakar xidməti ilə seçilən gömrük əməkdaşları daha bir nümunəvi addım ataraq aztəminatlı ailələrə yardım ediblər.

Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən gömrük postunun əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar Balakən rayonu ərazisində yaşayan aztəminatlı ailələrə baş çəkiblər. Gömrükçülər sözügedən ailələrə ərzaq məhsulları verib, eləcə də onlarla profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi ilə əlaqədar evdə qalmalarını tövsiyə ediblər.

Sakinlər də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Dövlət Gömrük Komitəsinin kollektivinə minnətdarlıqlarını bildiriblər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !