ABŞ səfiri: "Koronavirusun yayılmasının qarşısını almaq üçün Azərbaycan hökuməti vacib addımlar atıb -

ABŞ səfiri: "Koronavirusun yayılmasının qarşısını almaq üçün Azərbaycan hökuməti vacib addımlar atıb”

COVID-19 virusunun yayılmasının qarşısını almaq üçün Azərbaycan hökuməti vacib addımlar atıb.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger bildirib.
Azərbaycan hökumətinin virusun yayılmasının qarşısını almaq atdığı addımları təqdir edən diplomat buna görə Azərbaycana təşəkkür edib.
"Mən hər kəsi ciddi şəklidə hökumətin qərarlarına əməl etməyə çağırıram. Hər kəs, həmçinin, ABŞ vətəndaşları yerli qanuna və qanunun göstərişlərinə əməl etməlidir. Mən və diplomatik heyət dəyişikliklər, COVID-19-la mübarizə çərçivəsində yerli hökumətin səyləri və son vəziyyətlə bağlı məlumat almaq, həmçinin, öz dəstəyimizi vermək üçün Azərbaycan hökumətinin rəsmiləri ilə sız əlaqə saxlayırıq. Bildiyiniz kimi, ABŞ COVID-19-la mübarizə üçün Azərbaycana texniki dəstək üçün 1.7 milyon dollar dəyərində vəsait ayırıb. Biz Azərbaycan hökuməti ilə digər dəstək vasitələrini də müzakirə etməyə davam edəcəyik", - deyə səfir qeyd edib.
Səfir Amerika vətəndaşları üçün xüsusi evakuasiya uçuşlarının olmayacağını da deyib.musavat.com 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !