Ağcabədidə xüsusi karantin rejimi ilə bağlı maarifləndirmə tədbirləri... - +FOTO=12 (AZpress.AZ - Mais Ibrahimov)

Ağcabədidə xüsusi karantin rejimi ilə bağlı maarifləndirmə tədbirləri... +FOTO=12 (AZpress.AZ - Mais Ibrahimov)

Ağcabədi rayonu ərazisində koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması istiqamətində işlər davam etdirilir.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, rayon ərazisində koronavirus pandemiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq, qabaqlayıcı profilaktik tədbirlər həyata keçirmək məqsədilə maarifləndirmə işləri genişləndirilib. Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşları, inzibati ərazi nümayəndələri, bələdiyyələr, könüllü gənclər, Yeni Azərbaycan Partiyasının fəalları və digər qurumların nümayəndələrindən ibarət 82 mobil qrup yaradılıb.
Qoruyucu maska ilə təmin olunmuş və təlimatlandırılmış qrup üzvləri yerlərdə əhalini karantin rejiminin tələbləri barədə məlumatlandırırlar. İndiyədək qrup üzvləri tərəfindən təhkim olunduqları ərazilərdə 3617 ailəyə baş çəkilib, 15 min 191 nəfərlə maarifləndirici söhbətlər aparılıb. Bu ailələrdə, xüsusən də 60-65 yaşdan yuxarı olan vətəndaşlarla ölkədə tətbiq olunan xüsusi karantin rejiminə əməl olunması, sosial məsuliyyətli davranmaları, xüsusi zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbirləri görmələri, insanlararası təmaslarda 2 metrlik məsafənin saxlanılması tövsiyə edilib.
Ağcabədi rayonu ərazisində koronavirus infeksiyasının qarşısının alınması məqsədilə maarifləndirmə və dezinfeksiya işləri davam etdirilir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !