Jalə Əliyeva maska möhtəkirlərinə - QARŞI

Jalə Əliyeva maska möhtəkirlərinə QARŞI

Bu “çağrılmamış qonaq” olan koronavirus bəlası bütün dünyanı, eləcə də, bizi hazırlıqsız yaxalayıb. Bu gün ölkəmiz xəstəliyin yayılmaması bütün üçün qabaqlayıcı tədbirləri görür”.
Bu fikirləri bu gün Milli Məclisin plenar iclasında çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva deyib.
Deputat hər gün vətəndaşlardan çoxlu sayda onlayn müraciətlər aldıqlarını da bildirib:
“Ölkəmizin koronavirus pandemiyasından minimum ziyan və itki ilə çıxması üçün görülən bütün tədbirlər, aparılan mübarizə, atılan addımlar vətəndaşlarımız tərəfindən birmənalı olaraq təqdir edilir. Vətəndaş sözün əsl mənasında arxasında dövlətini və onun gücünü görməkdən məmnundur. Fürsətdən istifadə edərək ölkə rəhbəri İlham Əliyevə gördüyü bütün işlərə görə təşəkkür edirik”.
Jalə Əliyeva aztəminatlı ailələrə yardım edilməsinin vacibliyini də vurğulayıb:
“Bu günlər həssas günlərdir. Hər bir bəşər övladı kimi biz də gözlənilməz hadisələrin stresini yaşayırıq. İnsanlar həyəcan içərisindədir. Söhbət aztəminatlı ailələrdən, kimsəsizlərdən, tək analardan, günəmuzd işləyən və faktiki olaraq işsiz qalanlardan, kredit bocu olan təbəqədən gedir. Bu qəbildən olan insanlara birdəfəlik vəsait ayrılması, onların minimum ərzaq məhsulları ilə təmin edilməsi, karantin tədbirləri dövründə bir sıra ödənişlərdən azad edilməsi, kredit ödənilməsində güzəştlərin tətbiq edilməsi istiqamətində təcili və təxirəsalınmaz önləmlərin alınması vacibdir”.
Deputat tibbi maskalardan da söz açıb:
“Ölkəyə kifayət qədər tibbi maska və spirt gətirilsə də yenə də bu məhsullarla bağlı qıtlıq yaşanır. Həmçinin ölkəmizin tibbi maska istehsalına başlayacağı gələn sevindirici xəbərlər arasındadır. Hesab edirəm ki, bu məhsullarla bağlı möhtəkirliyə son qoyulmalıdır. Digər bir məsələ bir çox həyat əhəmiyyətli qurumların əməkdaşları ilə bağlıdır. Onlar tam qrafik və tam ştatla işləyirlər. Məsələn hüquq-mühafizə qurumları. Bu qurumların hər hansı bir şöbəsində bu virus aşkarlanarsa həmin şöbə bütünlükdə karantinə alınacaq. O zaman həmin qurumda kim işləyəcək?! Dövlət qurumlarının daimi işlər potensialını təmin etmək üçün əgər işçi sayı imkan verərsə onları 3 hissəyə bölüb bir hissəsini 15 günlük məzuniyyətə, yaxud da evdə karantinə buraxmaq olar.. Bununla da daimi işçi potensialımız olacaq. Hər bir vətəndaşımız inanır ki, ölkəmizin də üzləşdiyi bu pandemiyadan dövlətimizin gücü sayəsində uğurla çıxacağıq”. modern.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !