Gülağa Tənha - Ruhunuz dincəlsin

Gülağa Tənha Ruhunuz dincəlsin

 Azpress. az - saytı bir neçə vaxtdır yayılan epidemiya ilə əlaqədar insanlarda yaranmış gərginliyi nəzərə alaraq, xeyriyyəçi - şair Gülağa Tənhanın sözlərinə hazırlamış, ruha xoş görüntülərdən ibarət musiqi çələngini təqdim edir. Oxuyur əməkdar artist Zeynəb Behbudova

 

 

 


GEDİRSƏN, ARXANCA
GÖZÜM YAŞ TÖKÜR…

Gedirsən, ömrümün cığırlarında,
Sənli günlərimin közü qalıbdı.
Əlində əlimin odu-atəşi,
Üzündə gözümün izi qalıbdı.
Ömrünü-gününü ünvan elədin,
Niyə inadınla yad daşı üçün?!
Sabit eksponat olub xatirən
Gülağa Tənhanın yaddaşı üçün.
Gedirsən, a zalım, tənhalaşıram,
Titrəyir ocağım, qaralır közüm.
Kövrək xatirənlə pıçıldaşıram,
Gedirsən, arxanca yaş tökür gözüm…
Getdin…
Xatirələr burulğanında,
Sən özün özünü itirəcəksən.
Tənhadan ayrıldın…
Ömür tağında
Acı bir tənhalıq bitirəcəksən...


Gülağa Tənha (Qənbərov) Moskva, 1999

 

 

 

 

 

 

 

Gülağa #Tənha #Gulaga #Tenha #Qənbərov #Qəmbərov #Qenberov #Qemberov #şair #xeyriyyəçi #xeyriyyeci #Musiqi #şeir #ruh #gözəllik

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !