Sağalan xəstələr 8 gün boyunca virus yayır - - ŞOK!

Sağalan xəstələr 8 gün boyunca virus yayır - ŞOK!

Pekində xəstəxanalardan birində 28 yanvar-9 fevral tarixləri arasında koronavirus pandemiyasından sağalaraq evə buraxılan 16 xəstə üzərində araşdırma aparılıb.
Araşdırma nəticəsində sağalıb evə buraxılan xəstələrin daha 8 gün pandemiyanı yaymaqda davam etdikləri bəlli olub.
Mütəxəssislər bildiriblər ki, koronadan müalicə alan insan sağalsa da, virusun əlamətlərini bir müddət daşıyır. Bu müddətin 1-8 gün arası olduğu deyilir.
Buna görə də mütəxəssislər sağalan xəstələrə evə buraxıldıqdan sonra 14 gün özlərini karantində saxlamaları barədə xəbərdarlıq ediblər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !