İsraildə BÖYÜK TƏŞVİŞ- Minlərlə yarasa... -

İsraildə BÖYÜK TƏŞVİŞ- Minlərlə yarasa...

İsraildə baş verən maraqlı hadisə qorxu və çaxnaşmaya səbəb olub.
Publika.az xəbər verir ki, ölkədə heç bir fiziki travma əlamətləri olmayan (yara, xəsarət və s.) ölü yarasa sürüləri tapılıb.
Görüntülər sosial mediada paylaşıldıqdan sonra narahatlıq ölkə daxilində sürətlə yayılıb. Daha sonra oxşar yarasa ölümlərinə digər qonşu şəhərlərdə də rast gəlinib. Bəzi sosial media istifadəçiləri ölümlərin səbəbinin 5G texnologiyası üçün quraşdırılmış sistemlərin səbəb ola biləcəyini iddia edib.
Yarasaların 25 mindən çox insanın ölümünə səbəb olan, hələ də davam edən koronavirus pandemiyasının yaranmasına səbəbi olduğu təxmin edilir.
Qeyd edək ki, alimlər yarasalarda olan virusun insanlar arasında yayılan epidemiya ilə müqayisədə çox fərqli olduğunu iddia edərək yayılan şayiələrin əsasısız olduğunu bildiriblər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !