İtaliyada koronavirusdan 46 həkim öldü -

İtaliyada koronavirusdan 46 həkim öldü

 İtaliyada bu günə qədər yoluxmuş xəstələri müalicə etmək üçün gecə-gündüz mübarizə aparan 46 həkim ölüb.
Virus ölkədə koronavirusla mübarizənin ön sıralarında olan tibb işçiləri arasında sürətlə yayılmaqda davam edir.
Hazırda dünyanı silkələyən yeni tip koronavirusdan (Covid-19) ən çox ölüm hadisəsi İtaliyada qeydə alınıb. Bu gün səhər saatlarında İtaliyada ölənlərin sayı 9 min 134, yoluxanların sayı isə 66 min 414-ə çatıb.
Sonuncu həkim ölümü dünən qeydə alınıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !