- Dünyada korona şoku: ABŞ-da sürətli artım...

Dünyada korona şoku: ABŞ-da sürətli artım...

 Koronavirus pandemiyasının dünya üzrə yayılması ilə bağlı son statistika açıqlanıb.
Axar.az xəbər verir ki, ən son məlumata görə, koronavirusa 601.536 nəfər yoluxub. Onlardan 27.441 nəfər dünyasını dəyişib, 133.454 nəfər sağalıb.
Koronavirusa yoluxma halı yenə ən çox ABŞ-da müşahidə edilir. Bu ölkədə virusa yoluxanların sayı 104.256-ya çatıb. Yoluxanlardan 1.704 nəfər dünyasını dəyişib.
Hazırkı rəqəmlərə görə, son sutkada ən çox ölüm Almaniyadadır – 44 nəfər. Ümumilikdə Almaniyada 53.340 nəfər bu virusa yoluxub, 395 nəfər ölüb.
Digər ölkələrin məlumatları hələlik açıqlanmayıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !