BakuBus avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb -

“BakuBus” avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb

Xüsusi karantin rejimində sosial məsafə saxlanılmasının əhəmiyyətini nəzərə alaraq, “BakuBus” MMC-nin istismarında olan müntəzəm marşrut avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb.

Qaydalara əsasən, mövcud epidemik vəziyyət nəzərə alınmaqla avtobuslardakı oturacaq yerlərinin yarısında sosial məsafənin saxlanılması ilə bağlı elan vurulub.

Sərnişinlərimizə anlayış göstərərək sosial məsafəni gözləmələrini tövsiyə edirik.

Hörmətli sərnişinlər, yalnız zəruriyyət olduğu halda ictimai nəqliyyatdan istifadə edin.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !