Naxçıvanın dünya əhəmiyyətli abidələri adlı layihə uğurla başa çatıb -

“Naxçıvanın dünya əhəmiyyətli abidələri” adlı layihə uğurla başa çatıb

 AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində həyata keçirilən “Naxçıvanın dünya əhəmiyyətli abidələri” adlı layihə uğurla başa çatıb.
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyevanın rəhbərliyi altında Naxçıvan Qarnizonu tam orta məktəbinin 10-cu sinif şagirdləri Lamiyə Hacıyeva və Ayişə Əsgərova muxtar respublika ərazisində yerləşən dünya əhəmiyyətli abidələrin rayonlar üzrə sayını və yerini əks etdirən xəritə hazırlayıblar. Naxçıvanda qədim sənət növlərindən olan ağac üzərində yandırma üsulu ilə işlənilən xəritə iki milli-mənəvi dəyərin sintezini,-tarixi abidələrimizi və qədim sənət növünü özündə əks etdirib.
Qeyd etmək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 6 dekabr 2005-ci il tarixli Sərəncamı əsasında 1200-dən çox qeydə alınaraq pasportlaşdırılan abidələrin 57-si dünya əhəmiyyətlidir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !