Masallıda dezinfeksiya tədbirləri davam etdirilir - - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov)

Masallıda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov)

Masallıda koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər vaxtaşırı həyata keçirilir.
Demək olar ki, Masallıda bütün müəssisələrdə tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.
Masallı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və Dezinfeksiya Stansiyasının əməkdaşları təkcə istehsal sahələrində deyil, rayonun bütün ərazisində dezinfeksiya işlərini uğurla davam etdirirlər.
23 mart 2020-ci il tarixdə əməkdaşlar bu dəfə dezinfeksiya tədbirlərini şəhərin Heydər Əliyev prospekti boyunca və Qarabağ küçəsində, həmçinin şəhərdə yerləşən 2 bazar istiqamətində — birbaşa ərazilərdə həyata keçiriblər. Xüsusi dezinfeksiyavericilər tərəfindən bazarlarda dezinfeksiya tədbirləri yüksək səviyyədə həyata keçirilib. Ətraf dərmanlanıb. Müxtəlif yoluxucu xəstəlik törədənlərin məhvinə və xarici mühit obyektlərində toksinlərin dağıdılmasına yönələn bu işdə təkcə bakteriya və viruslarla mübarizə deyil, həm də infeksiya daşıyıcıları və gəmiricilərin məhvi də nəzərdə tutulub.
Masallının mərkəzində və ətraf kəndlərində tədbirlər bundan sonra da davam etdiriləcək.
Masallı Dezinfeksiya Stansiyası və rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları Dövlət Cəfərov, Rövşən Bayramov, Taleh Şərifov, Elşən Ağayev, Vəlağa Ağayev, Telman Şahbazov, Əfqan Cavadov, Famil Kazımov, Fuad Həmzəyev və başqaları hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi barədə təbliğat işləri aparırlar.
Qeyd edək ki, bütün yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin başa çatdırılması nəzərdə tutulur. Sonra təkrar, ikinci dəfə dərmanlama işlərinə başlanacaq.
Əlihüseyn Şükürov. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !