Formula 1-in Azərbaycan Qran-prisi təxirə salınıb. -

Formula 1-in Azərbaycan Qran-prisi təxirə salınıb.

Bu barədə məlumatı Bakı Şəhər Halqası yayıb. Bu qərar Formula 1 rəhbərliyi, Beynəlxalq Avtomobil Federasiyası (FİA) və Azərbaycan hökuməti tərəfindən aparılmış birgə müzakirələr nəticəsində COVİD-19 virusunun geniş yayılması səbəbindən qəbul olunub.
Məlumatda bildirlir ki, Formula 1 rəhbərliyi FİA və Azərbaycan höküməti ilə birlikdə Formula 1 Azərbaycan Qran-prisinin 2020-ci il yarış cədvəlindəki yeni tarixini tezliklə dəqiqləşdirib bu haqda ictimaiyyəti məlumatla verəcək.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-prisi 2020 yarışı üçün indiyədək alınmış biletlər keçərli sayılır və əldə olunan bütün hüquqlar yarışın yeni tarixinə olduğu kimi köçürülür. Yarışın yeni tarixi müəyyənləşəndən sonra bu günə qədər həm əməliyyat şirkətinin rəsmi vebsaytından, həm də digər kanallar vasitəsilə bilet alanlara yeni seçimlər barədə ətraflı məlumat veriləcək.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !