12 milyon insana yoluxan xəstəliyə qarşı peyvəndi tapmışdı ... - İllər sonra qapısını döydülər FOTO

12 milyon insana yoluxan xəstəliyə qarşı peyvəndi tapmışdı ... İllər sonra qapısını döydülər FOTO

"Qışda xəstəlik qayıda bilər, o vaxta qədər bir peyvənd hazırlamalıyıq"
1964-cü ildə dünyanı bürümüş "qızılca" yoluxucu xəstəliyini məğlub edən peyvəndi tapan həkimin indi 87 yaşı var. O, hazırda koronavirus peyvəndini inkişaf etdirmək üçün aparılan araşdırmalara dəstək olur.

Dünyadakı 12 milyon insana yoluxan "qızılca"nın peyvəndini hazırlayan Stanley Plotkin deyib ki, koronavirus pandemiyasından qurtulmaq üçün bir çox tədbirlər görülməlidir. Peyvənd hazırlamağın ən qısa müddətdə vacib olduğunu vurğulayan Plotkin, "Qarşıdakı qışda xəstəlik qayıda bilər, ona görə, o vaxta qədər bir peyvənd hazırlamalıyıq" deyə xəbərdarlıq edir.
Dünyada görünməmiş bir epidemiya 1964-cü ildə planeti bürüdü. "Rubella" adlanan "qızılca" epidemiyası ABŞ-ı da vurdu və virus bütün dünyada yayılmış koronavirusdan iki dəfə daha təsirli oldu. "Rubella" təxminən 12 milyon insana ötürülür. ABŞ-da 15 nəfərdən biri virusa yoluxur.
Dünyada görünməmiş bir epidemiya 1964-cü ildə planeti bürüdü. "Rubella" adlanan "qızılca" epidemiyası ABŞ-ı da vurdu və virus bütün dünyada yayılmış koronavirusdan iki dəfə daha təsirli oldu. "Rubella" təxminən 12 milyon insana ötürülür. ABŞ-da 15 nəfərdən biri virusa yoluxur.
Bu gün pandemiyaya səbəb olan yeni koronavirus kimi, "rubella"nın əlaməti də temperatur və öskürək idi.
Koronavirus bu gün daha çox yaşlı insanlara təsir göstərsə də, 1964-cü ildə ortaya çıxan "rubella" qadınlarda, xüsusən hamilə qadınlarda daha təsirli idi. Epidemiya hamilə qadınların döllərinə böyük zərər vurdu.
ABŞ-da epidemiya zamanı doğulan təxminən 20 min körpə korluq, karlıq, ürək və əqli qüsurlarla dünyaya gəlmişdir. İndiyə qədər bu yeni koronavirusun döllərə zərər verdiyinə dair heç bir dəlil yoxdur.
O illərdə Pensilvaniya Universitetində Wistar İnstitutunun laboratoriyasında işləyən Doktor Stanley Plotkin dünyada 'rubella' virusuna qarşı istifadə edilən 'rubella' peyvəndi icad etdi. O vaxtdan bəri, digər peyvəndlərin, o cümlədən poliomielit və quduzluq xəstəliyinin inkişafı və tətbiqi üzərində çox çalışan Doktor Plotkin, uşaq peyvənd proqramının bir hissəsi olan 'rotavirus' peyvəndi də onun adı ilə bağlıdı.
"Yeni Şafak'ın xəbərinə görə, 87 yaşı olan Plotkine ulaşan dərman şirkətləri, koronavirusa qarşı bir peyvəndi tapmaq üçün məsləhət alırlar.
Kovid-19'un 'rubella' ilə bənzərliyini dəyərləndirən Plotkin, "Kiminsə hərarəti varsa, onunla əlaqə qurmaq lazım deyil" deyir.
Dünyanın lazımi tədbirləri görməklə koronavirusdan qurtula biləcəyini ifadə edən Plotkin, vaksin hazırlamaq səyinin ən qısa müddətdə vacib olduğunu vurğulayıb: "Xəstəlik üzümüzə gələn qış geri dönə bilər, o vaxta qədər bir peyvənd hazırlamalıyıq". sherg.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !