ÜST-dən vacib xəbərdarlıq: Tək yaşlıları deyil… - – Yeni durum

ÜST-dən vacib xəbərdarlıq: “Tək yaşlıları deyil…” – Yeni durum

“Koronavirus təkcə yaşlı insanları öldürmür, orta yaşlılara da ciddi zərər verir”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Mayk Rayan deyib.
ÜST nümayəndəsi bildirib ki, hazırkı vəziyyətdə əsas məsələ pandemiyaya yoluxanları müəyyən edərək karantinə almaqdır.
O, bununla digər insanların yoluxma hallarının qarşısının alınmasının mümkünlüyünə diqqət çəkib.
ÜST nümayəndəsi koronavirusa qarşı peyvəndin hazırlanması üçün ən azı bir il vaxtın lazım olduğunu bildirib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !